[:az]Sərhədsiz reportyorlar “Azadlıq” qəzetinin jurnalistinin əsassız həbsini pisləyir[:]

tərəfindən Gozetci

[:az]Sərhədsiz reportyorlar mayın 1-də “Azadlıq” qəzetinin jurnalisti Səadət Cahangirin əsassız həbsini və 8 saat dindirilməsini pisləyir.

Təşkilatın Tvitter səhifəsindəki məlumatda deyilir ki, prokurorluğun işçiləri jurnalistin vəkil çağırmasına və doğmalarına telefon etməsinə imkan verməyiblər.

Sərhədsiz reportyorlar qeyd edir ki, prokurorluq əməkdaşları guya sayğacı yoxlamağa gələn qaz işçiləri adı altında mənzilə giriblər.  Onlar qanunsuz axtarış aparıblar, kompüter, telefon və pulu götürüblər. Bütün bunlar dindirmədən sonra geri qaytarılmayıb.

Sərhədsiz reportyorlar hakimiyyəti bu qanunsuzluğa son qoymağa çağırır və xatırladır ki, S.Cahangir aprelin 28-də də müsahibə almağa gedərkən “karantin rejimini pozduğuna görə” qanunsuz saxlanılıb, dindirilib və cərimələnib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az