[:az]Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxlayıb[:]

tərəfindən Gozetci

[:az]Mayın 4-də Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi Tofiq Yaqublunun ev dustaqlığına keçirilməsindən imtina edən Suraxanı məhkəməsinin qərarından şikayəti təmin etməyib.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, T.Yaqublu prosesdə iştirak edib və həbsini siyasi sifariş adlandırıb.

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədənə xəsarət yetirmək ittihamı ilə həbs edilib.

Həbs prezident İlham Əliyevin müxalifətin ünvanına hədə dolu çıxışından bir neçə gün sonra baş verib. T.Yaqublunu 7 ilədək həbs təhlükəsi gözləyir.

Xatırladaq ki, T.Yaqublunun “cinayət”i ondan ibarətdir ki, onun park edilmiş avtomobilini başqa bir avtomobil vurub və həmin maşında olanlar T.Yaqubluya hücum ediblər, sonra isə T.Yaqublunun özünü günahlandırıblar.

Bir çox beynəlxalq təşkilatlar T.Yaqublunun həbsini pisləyərək hakimiyyəti dərhal onu azad etməyə çağırıblar.

Müxalifətçinin tərəfdarları əmindirlər ki, həbsin əsl səbəbi hakimiyyətin siyasətinin kəskin tənqid edilməsi və T.Yaqublunun Facebook-dakı yazılarıdır.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az