93
[:az]AXCP üzvü Aqil Hümbətovun 1 saylı psixiatriya xəstəxanasında saxlanılma müddəti 1 ay müddətinə uzadılıb. Bu barədə hüquq müdafiəçisi Samirə Ağayeva özünün Facebook hesabında məlumat paylaşıb. Məlumatda bildirilir ki, 1 aprel A.Hümbətovun psixiatriya xəstəxanasına yerləşdirilməsi üçün xəstəxananın baş həkimi Sabunçu rayon məhkəməsinə ərizə ilə müraciət edib. Sabunçu rayon məhkəməsinin hakimi Samir Tahirov ərizəni rədd edib:
“3 aprel Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyanın sədri Məmməd Məmmədovun qərarı ilə baş həkimin apellyasiya şikayəti təmin edilib və Sabunçu rayon məhkəməsinin qətnaməsi ləğv olunub”
[:]