[:az]AİHM Xədicə İsmayılovanın işi üzrə üçüncü qərarını açıqlayacaq[:]

tərəfindən Gozetci

[:az]Mayın 7-də Avropa İnsan Hüquqları  Məhkəməsi araşdırmaçı jurnalist  Xədicə İsmayılovanın  işi ilə bağlı  qərarını  elan  edəcək.

Söhbət 2012-ci ildə hökumətyönlü KİV-də X.İsmayılovaya qarşı aparılmış qorxutmaq, qarayaxma və təqib kampaniyasından gedir.

Yerli məhkəmələr jurnalistin şikayətləri ilə bağlı obyektiv araşdırma aparmayıblar.

X.İsmayılova AİHM-dən şəxsi həyata hörmət, ədalətli məhkəmə çəkişməsi və ifadə azadlığı hüququnun pozulduğunun tanınmasını  xagiş edib. Bu, AİHM-in X.İsmayılovanın şikayəti üzrə üçüncü qərarı olacaq.

2019-cu ilin yanvarında AİHM X.İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı Azərbaycan hökumətinə qarşı şikayətini təmin edib.

Bu ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hakimiyyətinin Xədicə İsmayılovaya mənəvi ziyana və cinayət işi üzrə həbsdə saxlanmasına görə kompensasiya ödəməsi barədə qərar qəbul edib. AİHM X.İsmayılovanın jurnalist araşdırmalarına görə mühakimə olunduğunu tanıyıb.

X.İsmayılova 2014-cü il dekabrın  5-də həbs edilib və sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 il azadlıqdan məhrum edilmişdi.

2016-cı ilin mayında Azərbaycan Ali Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib.

Sonradan şərti cəza 2 il 3 aya endirilib.

Sınaq müddətinin bitməsinə 9 ay qalır. Hakimiyyət onun xaricə səfərini məhdudlaşdırmaq sınaq müddətindən istifadə edir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az