[:az]Göyçay sakini aidiyyatı qurumların şikayətlərinə baxmadığını bildirir[:]

tərəfindən Gozetci

[:az]

S. Qafarov

Göyçay rayonu Potu kənd sakini Səxavət Qafarov müvafiq orqanların müraciətlərinə baxmadığından şikayətlənir. S.Qafarov Gözətçiyə məlumatında I qrup əlil atasına məxsus pay torpağında çalışaraq ailəsini dolandırdığını, lakin bu pay torpağına qonşusu Əlsaab Qafarov tərəfindən dəfələrlə müdaxilə olunduğunu bildirir:

“Əlsaab Qafarov bizi bu bağdan istifadə etməyə qoymur.  Əraziyə çəkdiyim hasarı söküb, ağaclarımı kəsib, avtomobilimə ziyan vurub. Bütün bunları edərkən çəkiliş aparmışam. Çəkiliş edərkən zorla telefonumu əlimdən alıb. Bununla bağlı Göyçay RPŞ-yə şikayət verdim. Lakin, polis araşdırma aparmağa, şikayət olunan vətəndaşı çağırıb izahat tələb etməyə maraqlı görünmür”

S.Qafarov bildirir ki, bu torğaqlar onlara 1998 ci ildə dövlət tərəfindən verilmiş pay torpaqlarıdır. Lakin qonşusu pay torpağında qeyri qanuni olaraq özünə ev tikib, bizi isə öz bağımıza yaxınlaşmağa qoymur. O, məsələ ilə bağlı Göyçay rayon polis şöbəsi, kənd bələdiyyəsi,kənd icra nümayəndəliyi və digər aidiyyatı qurumlara yazılı və şifahi şəkildə şikayət etdiyini lakin bu qurumların indiyə qədər heç bir tədbir görmədiyini bildirir:

“Göyçay rayon polis şöbəsində sanki gozləyirlər ki, mübahisə edənlərdən biri digərini öldürsün, öldürəndə həbs olunsun, torpaqda qalsın başlı-başına. Telefonla qonşunun ağaclarımı kəsməsinin, mənə və maşınıma daşla hücum etməsinin çəkilişlərini təqdim etdim. Polis deyir ki, bu ictimai yerdə baş verməyib. Öz aranızda həll etməyə çalışın. Yaxşı ki, çəkilişlərin yarısını sonradan bərpa edə bilmişəm. Polis isə bütün bunları görməzdən gəlir”

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az