[:az]Demokratik İctimaiyyət Ə.Kərimlinin internetdən və mobil rabitədən məhrum edilməsini pisləyir[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan ictimaiyyətinin nümayəndələrindən ibarət böyük bir qrup AXCP lideri Əli Kərimlinin aprelin 13-dən etibarən İnternet və mobil rabitədən məhrum edilməsi ilə bağlı narahatlıq əks etdirən bəyanat yayıb.

Dünyada koronavirus pandemiyasına qarşı mübarizə aparılarkən Azərbaycanın adı dünya mediasında həm də koronavirusla bağlı vəziyyətdən müxalifətə təzyiq üçün istifadə olunduğu ölkə kimi hallanır.

Koronavirusla mübarizə dövrünə girdiyimiz vaxtdan bəri Azərbaycanda 20 nəfərdan artıq ictimai-siyasi fəal,o cümlədən müxalif siyasətçi Tofiq Yaqublu repressiyaya məruz qalıb.

Yeni repressiyalar dalğası İlham Əliyevin 2020-ci il 19 mart tarixli çıxışından sonra başlayıb və aprelin 14-də onun növbəti nitqindən sonra güclənib.

“Təəssüf ki, ölkə başçısı həmin çıxışlarında Azərbaycan vətəndaşlarının əhəmiyyətli bir hissəsini təmsil edən müxalif düşərgə haqqında “düşmən”, “5-ci kolon” kimi epitetlərlə danışdı, bu düşərgə təmsilçilərinin təcrid edilməli olduğunu vurğuladı. Ölkə başçısı bu çıxışlarında “düşmən” deyərkən Milli Şura və AXCP-ni nəzərdə tutduğuna aydın işarə vurub”, deyə bəyanatda bildirilib.

Kərimlinin İnternetdən məhrum edilməsi eyni zamanda humanitar təhdid xarakteri daşıyır. O, hazırda xaricdə olan övladları ilə əlaqə saxlaya bilmir.

Bundan başqa, Kərimlinin İnternetdən və mobil rabitədən məhrum edilməsi karantin dövründə onun ailəsinin həyatı üçün ciddi çətinliklər yaradıb.

Azərbaycanda onsuz da ifadə və mətbuat, toplaşmaq azadlığı məhdudlaşdırılıb, ölkədə 130-dan çox siyasi məhbus var, məhbuslara qarşı işgəncələr geniş yayılıb.

Kərimlinin İnternetə çıxış imkanından məhrum edilməsi gələcəkdə İnternet azadlığının məhdudlaşdırılması üçün pis presedentə çevrilə bilər.

Müəlliflər hakimiyyəti Kərimlinin İnternetini və mobil rabitəsini təcili şəkildə bərpa etməyə çağırır. Onlar həmçinin beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verənlərə qarşı daha diqqətli olmağa və fundamental azadlıqların həyata keçirilməsində ölkə xalqına kömək etməyə çağırırlar.

Bəyanatı onlarla insan, o cümlədən məşhur siyasətçilər, ekspertlər, jurnalistlər, mədəniyyət xadimləri, hüquqşünaslar imzalayıblar.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az