[:en]Supreme Court Acquits Ilgar Mammadov and Rasul Jafarov[:az]Ali Məhkəmə İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verib[:]

tərəfindən Gozetci

[:en]The Plenum of the Supreme Court of Azerbaijan issued an acquittal in relation to the previously convicted leader of the REAL Party Ilgar Mammadov and the human rights activist Rasul Jafarov.

The plenum overturned the verdicts handed down earlier, finding their guilt unproven and acquitted both.

At the same time, the court decided to pay 57,400 manats to Jafarov for moral damage, and 234,000 manats to Mammadov.

Recall that Ilgar Mammadov was sentenced to 7 years in prison “for organizing unrest” in the city of Ismayilli in January 2013. International organizations recognized Mammadov as a political prisoner.

The European Court of Human Rights issued several decisions in the Mammadov case, finding his arrest and imprisonment unreasonable. The structures of the Council of Europe and PACE repeatedly called for the release of Mammadov and cancellation of all the charges against him. However, the Azerbaijani authorities ignored these demands for many years. Only in 2018 he was released on parole, but the charges were not dropped from him.

Similar decisions were made by the European Court of Human Rights in the Rasul Jafarov case and were also ignored by the Azerbaijani government. Recognized by the international community as a political prisoner, Jafarov was convicted in 2014 of abuse of power, forgery and embezzlement, and tax evasion. Two years later, he was pardoned, but the charges were not dropped from him, despite the decisions of the European Court.

Commenting on the decision of the Supreme Court for Turan News Agency today, Mammadov called it “a great victory and an important event in the judicial system of Azerbaijan.”

Rasul Jafarov also did not conceal his satisfaction with the fact that the decision of the European Court, even with a delay, was implemented.

Turan[:az]Aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu əvvəllər həbs edilmiş Real Partiyasının lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində bəraət qərarı çıxarıb.

Plenum onların təqsirinin sübuta yetirilmədiyini hesab edərək, onlar barəsində çıxarılmış hökmləri ləğv edib və hər ikisinə bəraət verib.

Eyni zamanda məhkəmə mənəvi ziyana görə Cəfərova 57400 manat, Məmmədova 234 000 manat ödənilməsi barədə qərar verib.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində “iğtişaşların təşkilinə görə” 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Beynəlxalq təşkilatlar Məmmədovu siyasi məhbus kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Məmmədovun həbsini və azadlıqdan məhrum edilməsini əsassız hesab edərək onun işi üzrə bir neçə qərar çıxarıb. Avropa Şurasının strukturları və AŞPA dəfələrlə Məmmədovu azad etmək və ona qarşı bütün ittihamları ləğv etmək tələbi ilə çıxış edib. Amma Azərbaycan hakimiyyəti uzun illər bu tələblərə məhəl qoymayıb. O, yalnız 2018-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb, amma ona qarşı ittihamlar ləğv edilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi Rəsul Cəfərovun işi üzrə də buna bənzər qərarlar çıxarıb, Azərbaycan hökuməti bu qərarlara da məhəl qoymayıb. Beynəlxalq ictimaiyyətin siyasi məhbus kimi tanıdığı Cəfərov 2014-cü ildə xidməti səlahiyyətlərindən sui-istifadə, saxtakarlıq və mənimsəmə, vergilərdən yayınma ittihamları ilə həbs edilib. İki il sonra o, əfv olunub, amma Avropa Məhkəməsinin qərarlarına baxmayaraq, ona qarşı ittihamlar ləğv edilməyib.

Ali Məhkəmənin bugünki qərarını Turan-a şərh edən Məmmədov onu “böyük qələbə və Azərbaycanın məhkəmə-hüquq sistemində mühüm hadisə” adlandırıb.

Rəsul Cəfərov da Avropa Məhkəməsinin gec də olsa yerinə yetirilməsindən məmnunluğunu gizlətməyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az