[:az]Apellyasiya Məhkəməsi AXCP fəallarını həbsdə saxlayıb[:]

tərəfindən Gozetci

[:az]Aprelin 21-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Faiq Əmirov (AXCP sədri Əli Kərimlinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru) və Ruslan Əmirovun (AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi) inzibati həbslərindən verilən şikayətləri təmin etməyib.

AXCP-nin məlumatına görə, inzibati həbs olunanlar məhkəmə iclasına gətirilməyib. Şikayəti vermiş vəkillər Bəhruz Bayramov (Ruslan Əmirovun vəkili), Fəxrəddin Mehdiyev ( Faiq Əmirovun vəkili) məhkəmə iclasında iştirak edib, apellyasiya şikayətini müdafiə ediblər.

Faiq Əmirov aprelin 8-də yaşadığı evin həyətində saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (karantin rejimin pozulması) ilə protokol tərtib olunub. Aprelin 9-da Səbayel Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı verib.

Ruslan Əmirov isə aprelin 9-da azyaşlı övladını həkimə apararkən (müfaviq kateqoriya üzrə SMS icazəsi olub) saxlanılıb və həmin gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 30 sutka inzibati qaydada həbsə məhkum edilib.

AXCP hər iki fəalın həbsini siyasi sifariş hesab edir.

DİN həbslərin siyasi motivli olduğunu inkar edir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az