[:az]”Qızım ölmədən əvvəl polis şikayətlərlə bağlı heç bir addım atmadı”[:]

tərəfindən Gozetci

[:az]

Günay Şəmilova

İntihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın ailəsi hüquq-mühafizə orqanlarının bu işlə bağlı fəaliyyətindən şikayətlənir. Gözətçinin məlumatına görə G. Şamilovanın atası Sahib Quliyev qızının yoldaşı Etibar Şəmilov , qaynatası Mətləb Şəmilov və qaynanası Sədaqət Şəmilova tərəfindən dəfələrlə işgəncəyə məruz qaldığını bildirib. Hələ qızı sağ ikən S.Quliyev,“102” xidmənə bir neçə dəfə zəng edərək, yerli polis şöbəsinə ərizə yazaraq qızının işgəncəyə məruz qaldığını deyib:

Sahib Quliyev

“Qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı. Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir turba və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub özünü asmaz”

Sahib Quliyev qızının bədənindəki xəsarət izlərini ekspertiza zamanı gördüyünü bildirib. Ailənin verdiyi məlumata görə ekspertiza xəsarət izlərini sıyrıq kimi qeyd edib. Günay Şəmilova bir gün ərzində dəfn edilməyib və işə düzgün baxılması üçün şikayət olunub:

“Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, “qızını sən özün bu vəziyyətə qoymusan”. Xahiş edirəm bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin”.

Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az