[:az]Daha bir müxalifətçi 30 sutka həbs edilib[:]

tərəfindən Gozetci

[:az]Aprelin 9-da Binəqədi Rayon Məhkəməsi Demokratiya və Rifah Hərəkatının fəalı Vəfadar Əliyevi 30 sutka həbs cəzasına məhkum edib.

Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli bilib. Bu barədə Turan-a fəalın vəkili Fəxrəddin Mehdiyev bildirib.

V.Əliyev özünü təqsirli bilməyib. Müdafiə tərəfi apellyasiya verəcək.

V.Əliyev aprelin 8-də saxlanılıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az