[:az]Müxalifətçi Faiq Əmirli 30 sutka həbs edilib (YENİLƏNİB)[:]

tərəfindən Gozetci

[:az]Müxalifətyönlü “Azadlıq” qəzetinin direktoru və AXCP rəhbərinin köməkçisi Faiq Əmirli cümə axşamı Səbayel məhkəməsi tərəfindən 30 sutka həbs edilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə karantin rejimini pozmaqda ittiham olunur. Bu barədə Turan-a müxalifətçinin ailə üzvləri məlumat veriblər.

Öz növbəsində partiyadan Turan-a bildiriblər ki, F.Əmirliyə qarşı ittihamlar cəfəngiyyatdır və həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP lideri Əli Kərimli Facebook səhifəsində yazıb ki, F.Əmirliyə uydurma ittihamla maksimum cəza verilub.

Aprelin 8-də F.Əmirli saxlandıqdan dərhal sonra onun mobil telefonunu götürüblər. Kimdə olduğu indiyədək məlum deyil.

“Dünya birliyinin tənqidinə baxmayaraq, hakimiyyət koronavirusla mübarizə bəhanəsilə müxalifətçi və özgəfikirliləri “ovlamağa” davam edir”, – Ə.Kərimli yazıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az