[:az]TƏBİB: Xəstəxanalarda yer olmaya, süni nəfəs aparatı çatmaya bilər[:]

tərəfindən Gozetci

[:az]İbrahim Məmmədov: “Fövqəladə vəziyyətin elan edilməsi istisna edilmir”

Azərbaycanda aprelin 2-i günün birinci yarısına olan məlumata görə 41 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

Bunu mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yeni aşkarlanan faktlar üzrə 8 nəfərin vəziyyəti ağır, 11-nin orta ağır qiymətləndirilir.

İbrahim Məmmədov qeyd edib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir və bu fərqin artması pis tendensiyadır.

“Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva vəziyyətin ciddiləşdiyini bildirib.

“Düşünürük ki, sabah xəstə artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək. İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə uyğun hər günə uyğun yeni qərarlar ola bilər”, Yaqut Qarayeva deyib.

O əlavə edib ki, bütün regionlarda yoluxma faktı var.

Ümumilikdə koronavirus infeksiyasına yoluxan 400 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az