[:az]ABŞ Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım ayırıb[:]

tərəfindən Gozetci

[:az]

ABŞ Dövlət Departamenti və USAID/Azerbaijan Azərbaycana laboratoriya sistemlərinin hazırlanması, koronavirusa yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılması, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin və risk şəraitində kommunikasiya efektivliyinin artırılması məqsədilə 1,7 milyon dollarlıq tibbi yardım göstərir.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son 20 ildə Birləşmiş Ştatlar Azərbaycanda yalnız səhiyyə sahəsinə 41 milyon dollara yaxın və ümumilikdə 890 milyon dollardan artıq yardım ayırıb.

Xatırladaq ki, ABŞ COVID-19 pandemiyasına cavab tədbiri olaraq, pandemiyaya qarşı daha yaxşı mübarizə aparmaq üçün daha çox riskə məruz qalmış ölkələrə dəstək məqsədilə 247 milyon ABŞ dolları dəyərində təxirəsalınmaz səhiyyə və humanitar yardıma vəsait ayırıb.

Amerikanın Səsi[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az