[:az]Tofiq Yaqublunu xuliqanlıqla mühakimə etmək istəyirlər[:]

tərəfindən Gozetci

[:az]Martın 23-də Azərbaycan DİN müxalifətçi siyasətçi Tofiq Yaqublunun həbs olunduğunu təsdiqləyib. DİN mətbuat xidmətinin məlumatına görə, martın 22-də saat 15.00-a yaxın Bakının Nizami rayonunda T.Yaqublunun idarə etdiyi  “Toyota Corolla” avtomobili ilə Elxan Cəbrayılovun sükan arxasında olduğu VAZ-2107 avtomobili toqquşub.

“Baxmayaraq ki, yol-nəqliyyat qəzası  Tofiq Yaqublunun günahı üzündən  baş verib, o, heç bir əsaslı səbəb olmadan Elxan Cəbrayılova və onun həyat yoldaşı Cəvahir Cəbrayılovaya yumruq və qayka açarı ilə xəsarət yetirib”, – DİN mətbuat xidməti bildirib.

Fakt üzrə Nizami Rayon Polis İdarəsində CM-in 221.3-cü maddəsi (silah və ya silah kimi istifadə olunan  əşya ilə törədilən xuliqanlıq) ilə cinayət işi başlanıb. T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb. E.Cəbrayılov və həyat yoldaşı şahid olaraq dindiriliblər. Hazırda istintaq davam edir.

T.Yaqublunun vəkili Elçin Sadıqov onunla görüşə bilmir.

“Martın 22-də axşam polisə getdim, ancaq içəri buraxmadılar. Bu gün də vəziyyət eynidir. Mənə deyirlər ki, istintaq şöbəsinin rəisi və müstəntiq yerində yoxdur. Buna inanmaq çətindir. Bütün bunlar Tofiq Yaqublunun müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, – E.Sadıqov Facebook səhifəsində yazıb.

Öz növbəsində AXCP sədri Əli Kərimli öz səhifəsində yazıb ki, həbsdən öncə T.Yaqublu ona telefon edərək maşını park vəziyyətdə ikən vurduqlarını deyə bilib. Eyni zamanda başqa bir avtomobilin sürücüsü ona hücum edib, buna görə də o, maşından düşməyib və avtomobilin qapılarını bağlayıb.

Qeyd edək ki, CM-in 221.3-cü maddəsi ilə T.Yaqublunu 3 ildən 7 ilədək həbs təhlükəsi gözləyir.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az