[:az]Məhkəmə prosesləri 1 aylıq dayandırıldı[:]

tərəfindən Gozetci

[:az]Məhkəmələrdə vətəndaşların qəbulu da müvəqqəti olmayacaq

Martın 19-da Ali Məhkəmənin Plenumu Azərbaycanda koronavirus təhlükəsilə əlaqədar qərar verib. Ali Məhkəmənin sədri Ramiz Rzayevin imzaladığı qərardan belə məlum olur ki, Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, həmçinin vətəndaşların da müraciətlərini nəzərə alıb, bu addımı atıblar.

Qərara əsasən, məhkəmə prosesləri təxirə salınır. Yalnız təcili baxılmalı (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi və s.) işlər üzrə məhkəmə iclasları keçiriləcək.

Bundan başqa, bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılır. Qəbullar ancaq telefon və internet vasitəsilə həyata keçiriləcək.

“Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə, yaxud elektron şəkildə göndərilmələri tövsiyə olunur”, – deyə qərarda yazılıb.

Plenumun bu qərarı bir aylıqdır və aprelin 20-nə qədər qüvvədədir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az