[:az]“Müsəlman Birliyi” Hərəkatının üzvünə qanunsuz odlu silah saxlama ittihamı irəli sürülür[:]

tərəfindən Gozetci

[:az]Vəkil: “Koronavirusa görə məhbuslarla görüşmək asan deyil”

Martın 13-də saxlanılan Elvin Mürvətoğlunu bir gün sonra Bakı İstintaq Təcridxanasına köçürüblər.

Məlumatı Meydan TV-yə onun yaxınları verib.

Onlar Elvin Mürvətoğluna qarşı Cinayət Məcəlləsinin 228-ci maddəsinin (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) irəli sürüldüyünü bildiriblər.

Elvin Mürvətoğlunun vəkili Nazim Musayev Meydan TV-yə deyib ki, bu gün müstəntiqlə görüşüb, order götürəcək:

“Əgər çatdıra bilsəm, bu gün Elvin Mürvətoğlu ilə görüşəcəm. Əks təqdirdə sabah cəhd edəcəm. Koronavirus xəstəliyinə görə məhbuslarla görüş almaq asan deyil”.

Elvin Mürvətoğlu martın 13-də saxlanılıb.

Yaxınları bildirib ki, “Müsəlman Birliyi” Hərəkatının üzvü Elvin Mürvətoğlunun saxlanılmasına səbəb “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və digər siyasi məhbuslar haqqında səsləndirdiyi mahnılardır. O, bu yaxınlarda Taleh Bağırzadəyə “Azadə qardaş” adlı mahnı həsr edib və bu mahnı sosial şəbəkələrdə yayılıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az