[:az]DİN ABŞ-ın Azərbaycanda işgəncə haqda dediklərinə cavab verdi[:]

tərəfindən Gozetci

[:az]

8 mart aksiysı

ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında deyilir ki, Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən istifadə davam edir. İşgəncə vasitəsi kimi elektroşokdan geniş istifadə edildiyi, işgəncə verənlərin cəzasız qaldıqları da bildirilir.

Ehsan Zahidov: “Bu cür hallar Azərbaycan polisinin ünvanına ittiham səsləndirən həmin dövlətlərdə baş verir”

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna deyir ki, ABŞ Dövlət Departamentinin hesabatında deyilənlər reallığı əks etdirmir, əksinə, hesabatı hazırlayan ölkənin özündə bənzər hallar baş verir:

“Bugün Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı apardığı mübarizə, ictimai asayişin, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirdiyi təcrübə qanunvericliyə uyğundur. Kimlərinsə təzyiqə məruz qalması, polis zorakılığı haqda deyilənlər Azərbaycanda deyil, bu cür ittihamları Azərbaycan polisinin ünvanına səsləndirən həmin dövlətlərdə baş verir”.

Vaxtaşırı yerli və beynəlxalq qurumların hesabatlarında və ya saxlanılan şəxslərin açıqlamalarında, müttəhimlərin məhkəmə çıxışlarında da işgəncə iddialarıyla rastlaşmaq mümkündür.

Elə Dövlət Departamentinin son hesabatında da insan haqları qruplarına istinadən, müxalifət tərəfdarları Saleh Rüstəmov, Aqil Məhərəmmov, Babək Həsənov, Ruslan Nəsirli və Valeh Rüstəmlinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldığı qeyd olunur. Azərbaycan polisinin işgəncələrdən istintaqa gərəkli etirafların alınması üçün yararlandığı vurğulanır.

Ehsan Zahidov cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlandığı yerlərə beynəlxalq və yerli hüquq müdafiə qurumları tərəfindən baxış keçirildiyini, monitorinqlər aparıldığını, onlara bu iddialarla bağlı “heç vaxt irad bildirilmədiyini” söyləyir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az