[:az]BŞİH feministlərə mənfi cavab verib[:]

tərəfindən Gozetci

[:az]Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının «8 Marş – Bizimdir Hürr Küçələr» şüarı ilə Bakının mərkəzində yürüş keçirməsinə razılıq verməyib.

Paytaxt rəhbərliyinin cavabında deyilir ki, qeyd olunan yer əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin, burada çoxlu iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirin keçirilməsi məqsədəmüvafiq deyil.

Hərəkatdan AzadlıqRadiosuna bildirilib ki, BŞİH onların aksiyanı Lökbatanda keçirməsini istəyir: «Bizi Lökbatana göndərdilər, ancaq biz ora getməyəcəyik. Bizim aksiya icra hakimiyyətinin cavabından asılı deyil və planlaşdırdığımız kimi baş tutacaq».

Bundan öncə Hərəkat qadın haqları ilə bağlı iki aksiya keçirib. Hər ikisinə də polis müdaxilə edib.

Son zamanlar BŞİH paytaxtın mərkəzində kütləvi aksiyalara razılıq vermir və Lökbatanda keçirilməsini istəyir. Bu da müxtəlif siyasi qüvvələr və beynəlxalq təşkilatlar tərəfindən sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması kimi dəyərləndirilir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az