[:az]Ali Məhkəmə Fuad Əhmədlinin kassasiya şikayətini təmin etməyib[:]

tərəfindən Gozetci

[:az]

Fuad Əhmədli Amnesty İnternational tərəfindən vicdan məhbusu kimi tanınıb

Azərbaycan Ali Məhkəməsi hakim Əziz Seyidovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Fuad Əhmədlinin vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina ilə bağlı kassasiya şikayətini təmin etməyib. Fuad Əhmədlinin özü məhkəmədə iştirak etməkdən imtina edib.

Fuad Əhmədli 2016-cı il avqustun 17-də həbs edilib. O, operator işlədiyi “Azerfon” şirkətində texniki vasitələrdən istifadə etməklə, bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürməkdə ittiham olunaraq 4 il həbsə məhkum edilib.

Fuad Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

Hakim Əziz Seyidov bu günki qərarını məhkəməyə təqdim edilən sənədlərdə Fuad Əhmədlinin cəzaçəkmə müəssisəsində rejim qaydalarına əməl etməməsinin əksini tapması ilə əsaslandırıb.

Vəkil Zibeydə Sadıqova Fuad Əhmədlinin siyasi baxışlarına görə həbs edildiyini bildirib.

“O Amnesty İnternational tərəfindən vicdan məhbusu, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Əhmədlinin saxlanıldığı cəzaşəkmə müəssisəsində bütün siyasi məhbuslara qarşı münasibət eynidir,” vəkil qeyd edib.

Vəkil çıxışında Azərbaycan prezidentinin “məhkəmələrin qərarları insanları həbsdən azad etməyə meylli olmalıdır” ifadələrinə istinad etsə də məhkəmənin qərarına təsiri olmayıb.

Fuad Əhmədlinin atası Zəfər Əhmədli Amerikanın Səsinə bildirib ki, oğlunun həbsdən azad edilməsi ilə bağlı hələ yuxarıdan qərar verilməyib.

“Bu səbəbdən də məhkəmə onu həbsdən azad edə bilməz. Fuad Əhmədli barədə cəzaəçəkməmüəssisəsinin təqdim etdiyi xasiyyətnamə reallığı əks etdirmir. Fuad cəzaçəkmə müəssisəsində ingilis dilində olan kitabı tərcümə edib, ingilis dili kursları açıb, çoxsaylı məhbusa ingilis dili öyrədib. O rejim qaydalarını pozmayıb, bir qayda olaraq haqqını tələb edib,” o qeyd edib.

Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olmadığını və insanların siyasi iradəsinə görə həbs edilmədiyini bildirir. Hökumət rəsmiləri tənqidləri qərəzli saysa da hüquq müdafiəçiləri ölkədə 130-dək insanı siyasi məhbus kimi tanıyıb.

Avropa Şurası Parlament Assambleyası yanvarın 30-da “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.

Amerikanın Səsi

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az