83
[:az]
Seçki saxtakarlıqlarına etiraz edən namizədlər toplantısı keçirilib.
Toplantı fevralın 27-də, saat 12:00-da Caspian Plazada baş tutub. Bu barədə arqument.az-a 32 saylı Surxanı üçüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli məlumat verib. O bildirib ki, toplantıda seçki prosesində baş vermiş seçki cinayətləri ilə bağlı geniş müzakirələr aparılıb. Qərara alınıb ki, belə toplantıların davamlı olması, daha geniş spekterin cəlb edilməsi üçün Bəxtiyar Hacıyev, Nazim Bəydəmirli, Nicat Gözəlov, Fərhad Mehdiyev, Abid Qafarov və Fikrət Cəfərlidən ibarət təşəbbüs qrupu yaradılsın.
Təşəbbüs qrupu yaxın günlərdə görüşüb növbəti görüşün vaxtını və yerini müəyyən edəcək.
arqument.az
[:]