[:az]Müxalifəti ziyarətə qruplara bölərək buraxdılar[:]

tərəfindən Gozetci

[:az]Bu gün, fevralın 26-də bəzi müxalifət qüvvələri də Xocalı abidəsini ziyarət ediblər. Amma onlar ziyarətə qruplar şəkilində buraxılıblar.

Müsavat Partiyasının rəhbərliyi də AzadlıqRadiosuna bildirib ki, Xocalı abidəsini ziyarət edən zaman onlar süni maneələrlə üzləşiblər.

Partiyanın başqanı Arif Hacılının sözlərinə görə, partiya ziyarəti saat 13:00-a təyin etsə də, 1 saat ərzində gözləməli olublar: «Ümumiyyətlə, bu il ziyarət çox uğursuz təşkil olunmuşdu, ziyarətçilər ara küçələrlə buraxılırdı və həmin küçələrdə nəqliyyatın hərəkəti dayandırılmamışdı. Prospekt isə boş qalmışdı. Müsavat Partiyasına münasibət isə digər ziyarətçilərdən fərqli idi. Bizi gözlətdilər, üstəlik də, qruplara bölərək buraxdılar. Biz 50 nəfərlə abidənin önünə buraxıldıq. Hakimiyyət qarşıdurmanı yaratmağa çalışsa da, biz buna getmədik».

Milli Şuranın nümayəndələri da Xocalı abidəsini ziyarət edən zaman maneələrlə üzləşdiklərini bildiriblər.

Onların vurğulamasına görə, abidəyə çatmamış polis kordonu yaradılıb və bir müddət gözlətdikdən sonra təşkilatın üzvləri 25-30 nəfərdən ibarət qruplarla abidənin önünə buraxılıb. «Bundan sonra da bizi təxribata çəkməyə cəhd ediblər. Öyrədilmiş insanlar Milli Şuranın üzvlərini təhqir edərək təxribat törətməyə çalışdılar, lakin biz buna getmədik», – Milli Şuradan bildirilib.

Bu açıqlamalara, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bundan əvvəlki illər də ümummilli anım günlərində müxalifət partiyaları oxşar maneələrlə üzləşdiklərini açıqlayıblar. DİN isə polisin atdığı addımları təhlükəsizlik tədbirləri kimi izah edərək, onları ümummilli tədbirlərdən siyasi məqsədlər üçün yararlanmağa cəhdlərdə günahlandırıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az