[:az]Yenidən mitinq qərarı verilib[:]

tərəfindən Gozetci

[:az]Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da aksiya keçirmək istəkləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət təqdim ediblər.

Bu barədə AzadlıqRadiosuna təşkilatçılar bildiriblər. Verilən məlumata görə, bu il fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində saxtakarlıqlar baş verib və aksiyada məqsəd elə hallara etiraz etməkdir.

Təşkilatçıların sözlərinə görə, müraciətdə şəhər rəhbərliyinə aksiya keçirməkdən ötrü bəzi meydanlar təklif edilib.

Hələlik, bu müraciətə BŞİH-dən münasibət almaq mümkün olmayıb.

Bu qurumlar bundan öncə, fevralın 16-da da Bakıda eyni məqsədlə kütləvi aksiya keçirmək niyyətində idilər. Amma aksiyanın yeri ilə bağlı şəhər rəhbərliyi ilə razılaşma əldə edilməmişdi. Bundan sonra Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında mitinq keçirməyə cəhdlər edildi. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçının saxlanaraq ölkənin müxtəlif ərazilərində sərbəst buraxıldıqları bildirildi.

Daxili İşlər Nazirliyi isə aksiyanın qarşısının alınmasını onun şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah etmişdi.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az