Zərdabda kənd sakinləri magistral yolu bağlayıblar

tərəfindən Gozetci

Sakinlər örüş sahələrinin əllərindən alınmasına etiraz edirlər

Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar.

Bu barədə Meydan TV-yə yerli sakinlərdən Dilqəm Nemətov məlumat verib.

Dilqəm Nemətov deyib ki, kənd camaatının 500 hektar otlaq sahəsi var və vaxtilə əhaliyə pay torpaq veriləndə, hərə 30 hektar götürdü ki, otlaq sahəsi kimi istifadə etsin. Həmin sahəni icra hakimiyyəti və bələdiyyə satıb:

“Ərazi keçmiş icra başçısı Lütfəli Babayevin fermasına və başqa adamlara satılıb. Elə 30 hektarda yerüstü balıq gölü yaradılıb. 3500 nəfər əhalisi olan kənddə 750 təsərrüfat var. İndi sual yaranır. 750 təsərrüfatı olan insan malını harda otarsın? Bunu edənlər prezidentin göstərişlərini pozurlar. Çünki yerüstü balıq gölü torpaqları şoranlaşdırır. Səhər rayonun bütün polisləri kəndə gəldi, sakinlərlə qarşıdurma oldu. Aksiya zamanı bir nəfər döyülərək xəstəxanaya aparıldı. Sakinlərdən Cavid Şamilov, Əlvida Mustafayev və Səid Mustafayev saxlanılıb. Nemət Əliyev və Cəfər Əhmədov isə döyülüb”.

Zərdab Rayon İcra Hakimiyyətinin Vüsal adlı (soyadını demədi)adlı növbətçisi bu barədə açıqlama vermək istəmədi. O, İcra Hakimiyyətinin müvafiq şöbə müdirləri Rahim Nuriyev və Namiz Rüstəmovla əlaqə saxlamağımızı məsləhət gördü.

Ancaq adları çəkilən şəxslərlə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az