[:az]AXCP sədrinin müavini 16 fevral mitinqilə bağlı polisə çağırılıb[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fevralın 15-də Abşeron Rayon Polis İdarəsinə çağırılıb.

“Məndən fevralın 16-a bir neçə siyasi partiya və təşkilatlar tərəfindən təyin olunmuş mitinqdə AXCP-nın iştirakı və partiyanın mitinqin təşkilatçı olub-olmamasını soruşdular. Mən də bildirdim ki, təşkilatçı biz olsaydıq, bunu açıq deyərdik, çünki burada gizli və qeyri-qanuni nəsə yoxdur”, – o, Turan-a bildirib.

Abşeron Rayon Polis İdarəsindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, ReAl və Müsavat partiyaları, D18 Hərəkatı üzvlərinin mitinqi fevralın 16-ı saat 15:00-da MSK-nın binası qarşısında təyin edilib. Mitinq iştirakçıları 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz etmək niyyətindədir. Hakimiyyət aksiyaya icazə verməyib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az