[:az]AXCP fəalı mülki geyimli şəxslər tərəfindən saxlanılıb[:]

tərəfindən Gozetci

[:az]Yanvarın 28-də günorta saatlarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü  Nicat Abdullazadə Bakıda Nərimanov metro stansiyasının yaxınlığında 3 nəfər mülki geyimli şəxs tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Bu barədə  AXCP məlumat yayıb.  “Həmin mülki geyimli şəxslər Nicat Abdullazadəyə  zəng edərək “Azadlıq” qəzetinin baş redaktoru, siyasi mühacirətdə olan Qənimət Zayidovun çapdan yeni buraxılmış “Son dərviş” kitabını istəyiblər. Nicat Abdullazadə həmin kitabı onlara çatdıran zaman saxlayıblar”,- AXCP-dən Turan-a bildiriblər.

Nicat Abdullazadə  yanvarın 13-də də saxlanılmışdı. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlzamin (Zamin) Salayevlə birgə saxlanılmışdı.

Əlzamin Salayev 30 sutka inzibati həbsə məhkum edilib. Nicat Abdullazadə isə  50 manat cərimə edilərək sərbəst buraxılıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az