[:az]Yanvarın 15-də “Gəncə işi” üzrə adı keçənlərin valideynləri Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirib. İnsanlar yolu bağlayaraq “Azadlıq!” şüarı səsləndirib
Polis etirazçıları sıxışdıraraq yolu açıb.
Aksiya iştirakçıları bildiriblər ki, səhər Prezident Administrasiyasına gəliblər, lakin orada kobudluqla qarşılaşıblar.
“Bizə dedilər ki, jurnalistlərsiz gəlin, sizi qəbul edərlər, amma bizi aldatdılar. Polis bizi kobud şəkildə saxlayıb avtobusa mindirdi. Bizi Ali Məhkəməyə gpndərdilər, dedilər ki, orada qəbul edəcəklər, amma bir neçə saat gözlədikdən sonra başa düşdük ki, yenidən aldadəblar,” aksiya iştirakçılarından biri bildirib.
Valideynlər hesab edirlər ki, onların övladlarını qanunsuz həbs ediblər və məhkəmədə sübut edilməyən ittihamlar irəli sürüblər.
“Prokuror bizdən soruşur ki, niyə övladlarınız namaz qılıb? Bəyəm bu, cinayətdir? Uşaqlarımıza o qədər əziyyət veriblər ki, dərman çatdıra bilmirik. Ayda 3 dəfə dərman aparırıq. Artıq 1 il 7 aydır ki, Bakı və Gəncə arasında qalmışıq. Bizi bura gətirən sürücülərə də təzyiq göstərirlər. Onları həbslə hədələyərək bizi Bakıya gətirməməyi tələb edirlər,” aksiya iştirakçı qeyd edib.
2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında etiraz aksiyası təyin edilib.
Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar arasında kütləvi həbslər baş verib.
Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. Həbs olunalardan ondan çoxu şərti olaraq azad edilib.
İki qrupun işi baxılmaq üçün Apellyasiya Məhkəməsindədir.
Yanvarda Yunis Səfərov və digər 11 nəfərin məhkəməsi başlayıb.
Amerikanın Səsi[:]