[:az]Şəhla Hümbətovadan Korrupsiya İdarəsinə müraciət edilib[:]

tərəfindən Gozetci

[:az]Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətova ilə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və onun haqqında araşdırma aparılmasını istəyib.

Bu barədə vəkillik fəaliyyəti dayandırılan Ş.Hümbətovanın özü məlumat yayıb.

Ş.Hümbətovanın bildirməsinə görə, bunu dünən, dekabrın 16-da ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən zəng edib bildiriblər: «Araşdırma ilə bağlı baş idarəyə dəvət etdilər. Dekabrın 17-də saat 15:00-da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedib Kollegiyanın təqdimatı ilə bağlı izahat verməliyəm. Təqdimat mənim Kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyim iddiası ilə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayət ittihamı və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyətimdən, hərəkətimdən söhbət gedə bilməz».

Onun deməsinə görə, Kollegiyadan xaric olmağı nə üzvlük haqqını vaxtında ödəməməməsi, nə də ki, vətəndaşın əsassız şikayəti ilə bağlıdır: «Bunu Kollegiyanın prokurorluq orqanına barəmdə araşdırma aparılması üçün müraciət etməsi bir daha təsdiq edir».

O, daha sonra da buları əlavə edib: «Mehman Hüseynovun işində vəkillik fəaliyyətimə görə təzyiqlər nəticəsiz qalsa da, bugün baş verənlərdə məqsəd məni «Gəncə işi»ndən uzaqlaşdırmaq və vəkillik fəaliyyətimə görə cəzalandırmaqdır».

Ş.Hümbətova həm bloqer Mehman Hüseynovun, həm də ötən il Gəncədə baş verən olaylara görə həbs edilən şəxslərdən bəzilərinin vəkili olub.

2018-ci ildə Gəncədə icra başçısına sui-qəsd, iki polis əməkdaşının öldürülməsi və bu olaylar ətrafında baş verən proseslərlə bağlı 80 civarında şəxsin həbs edildiyi bildirilir.

Ş.Hümbətovanın fikrincə, son bir ayda «Gəncə işi»ndə müdafiəçi olan üç vəkil (o, Elçin Sadıqov, Nemət Kərimli) haqqında intizam icraatının başlanılması həmin iş ilə bağlı tutulanları müdafiəsiz qoymaq, ciddi qanunsuzluqları cəmiyyətin diqqətindən kənarda saxlamaq məqsədi daşıyır.

Vəkillər Kollegiyasından izah
Ş.Hümbətova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməsini Vəkillər Kollegiyasından da AzadlıqRadiosuna təsdiqləyiblər.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov məlumat verib.

S.Şirinovun sözlərinə görə, qurum Ş.Hümbətova ilə bağlı intizam icraatı başlamışdı, lakin bütün məsələlərə hüquqi qiymət verə bilmədiyinə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: «Orada elə məsələlər yaranıb ki, Vəkillər Kollegiyasının onlara hüquqi qiymət verilməsi mümkün olmayıb. Məsələ Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri çərçivəsində olduğuna görə Kollegiyanın Rəyasət Heyəti İdarəyə müraciət edib».

Amma S.Şirinov konkret hansı faktın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətə səbəb olduğu barədə suala cavab verməyib: «Mənim faktın təfərrüatı ilə bağlı məlumatım yoxdur. Sadəcə, prosedurla bağlı məlumatım var. Biz qiymət verə bilmiriksə, məsələ başqa bir orqanın səlahiyyəti çərçivəsindədirsə, məsələni həmin orqana yönəldirik».Vəkillər Kollegiyasının nümayəndəsi Ş.Hümbətovanın «Gəncə işi» ilə bağlı təzyiqlərlə üzləşdiyi barədə iddiaları qəbul etmədiyini vurğulayıb: «Biz bu iddia ilə təbii ki, razılaşmırıq. Məndə olan məlumata görə, Şəhla xanıma intizam icraatın başlamasından əvvəl başladığı işlərdə iştirak etməyə icazə verilib, baxmayaraq ki, fəaliyyəti dayandırılıb».

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az