[:az]Nardaran hadisələrində tutulan azyaşlının yaxınları: ‘Zorla yıxıb başını qırxıblar'[:]

tərəfindən Gozetci

[:az]2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunanlardan biri də Ramin Yarıyev idi. O vaxt Raminin heç 16 yaşı tamam olmamışdı. Sonda məhkəmədə də yetkinlik yaşına çatmadığına görə ona digərləriylə müqayisədə daha az cəza verildi – 10 il. Qanuna görə, hadisə vaxtı yetkinlik yaşına çatmayanlar üçün ən ağır cəza 10 il həbsdir.

R.Yarıyev hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, o, müəssisə rəhbərliyinin göstərişiylə təzyiqlərə məruz qalır.

«Ramini heç bir əsas olmadan 3 gün karsa salıblar. Bu 3 günlük cəza bitəndən sonra müddəti 1 gün də artırıblar. Saxlandığı kameraya gəlib, ona zor tətbiq ediblər. Onu yerə yıxıb, zorakılıqla başını keçəl qırxıblar», – R.Yarıyevin yaxınları belə deyir.

Ailə üzvlərinin sözlərinə görə, Raminin həftədə iki dəfə telefon danışığı hüququ da məhdudlaşdırılıb: «Bütün bu baş verənlərə şəxsən rəis Tahir Yusifov rəhbərlik edib».

Penitensiar Xidmət isə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, R.Yarıyevin cəzaçəkmə müəssisəsində təzyiqlə üzləşməsi haqda iddialar həqiqətəuyğun deyil: «O adamın heç bir problemi yoxdur. Nə cəzalandırılıb, nə də hansısa hüququ məhdudlaşdırılıb».

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az