[:az]Uşaqlarına işgəncə verən ata həbs edilib[:]

tərəfindən Gozetci

[:az]Bakının Sabunçu rayonunda azyaşlı uşaqlarına işgəncə verməkdə şübhəli bilinən ata saxlanılıb. Bu barədə Turan-a Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Ağcabədi rayon sakini Xaqanu Əkbərovun və oğullarının ögey anası Nuranə Əkbərovanın Zabrat qəsəbəsində bu azyaşlı uşaqları mütəmadi olaraq döydükləri müəyyən edilib. Nəticədə 2019-cu ilin oktyabrında Q.Ə. alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.

Qardaşı H.Ə. isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.

X.Əkbərov və N.Əkbərova cinayət məsuliyyətinə cəlb edilib, onlara qarşı CM-in 127.2.2 (xüsusi amansızlıqla və ya köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına qəsdən az ağır xəsarət yetirmə), 133.2.3 (əziyyət, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən verildikdə) və 133.2.4-cü (yetkinlik yaşına çatmayanlara əziyyət vermə) maddələri ilə ittiham irəli sürülüb.

X.Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.

N.Əkbərova 16 həftəlik hamilə olduğuna görə polis nəzarətinə verilib.

Uşaqlar barəsində əlavə məhkəmə-tibbi, psixiatrik və psixoloji ekspertizalar təyin edilib.

X.Əkbərovun atalıqdan məhrum edilməsi üçün müvafiq dövlət orqanlarına müraciətlər qəbul edilib.

Azyaşlı uşaqların müalicəsi və sosial reabilitasiyası, psixoloji vəziyyətlərinin düzəldilməsi üçün mütəxəssislər cəlb edilib.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az