[:az]“EuroHome”da yanğınla əlaqədar kompensasiyaların ödənilməsi məsələsinə baxılacaq[:]

tərəfindən Gozetci

[:az]Zərərçəkənlər Binəqədi Rayon İcra Hakimiyyətinə dəvət olunacaqlar

Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev dekabrın 11-də “EuroHome” ticarət mərkəzində baş verən yanğından ziyan çəkən sahibkarlarla görüşüb.

Yangın dekabrın 10-da baş verib.

APA-nın məlumatına görə, icra başçısı sahibkarlara yanğınla əlaqədar araşdırma aparılacağını, dəymiş ziyan müəyyənləşdiriləndən sonra sahibkarların və icarədarların bir-bir RİH-ə dəvət olunacağını deyib.

İcra başçısı eyni zamanda sahibkarlara kompensasiya ödənilməsi məsələsinə də baxılacağını söyləyib.

Dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. 5 hektar ərazisi olan bazarın 2 hektarının yandığı bildirilir.

Hadisənin səbəbləri haqda ilkin məlumatda qeyd olunub ki, yanğın ərazidə yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az