[:az]AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat layihəsini təqdim edib[:]

tərəfindən Gozetci

[:az]AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırdığı faktlar əsasında bu qənaətə gəlib ki, bir çox şəxs AŞPA-nın “siyasi məhbus” kriteriyalarına cavab verir. Komitə məhkəmənin vurğuladığı  cinayət qanunvericiliyi sistemindən siyasi məqsədlərlə sui-istifadə hallarını və hələ məhkəmə qarşısına çıxarılmamış kifayət qədər oxşar işlərin sayını nəzərə alaraq bildirir ki, əgər Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək istəyirsə, köklü islahatlar həyata keçirməlidir.

Komitə Azərbaycanın rəsmi qurumlarının son illərdə pentensiar, cinayət qanunvericiliyi və məhkəmə sistemi ilə bağlı addımlarını müsbət qiymətləndirsə də, bu addımların Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tələb olunan nəticələrə çatmaq üçün yetərli hesab olunmadığını bildirir.

Bundan başqa Komitə SMDT-nin Siyasi motivli inzibati həbslərlə bağlı Hesabatına istinad edərək bildirir ki, 2016-cı ildən bu yana insanları həm razılaşdırılmış, həm də razılaşdırılmamış aksiyalarda iştirakdan çəkindirmək və iştiraka görə cəzalandırmaq üçün inzibati həbslərdən siyasi məqsədlərlə sui-istifadə olunur.

Komitə AİHM qərarları göstərir ki, geniş, detallı və mütəmadi qaydada hazırlanan siyasi məhbus siyahıları etibarlıdır və bu siyahılarda əks olunan şəxsləri siyasi məhbus hesab etmək olar. Bu siyahılar təkzib də oluna bilər, ancaq bunun üçün müstəqil və tərəfsiz qurum tərəfindən diqqətli incələməyə ehtiyac var. Azərbaycanın bu yanaşmanı qəbul etməsi “onun ölkə AİHM müdaxiləsinə ehtiyac olmadan fərdi işləri yoluna qoymaqda maraqlı olduğunu göstərir”.

Komitə  rəsmi qurumlara xəbərdarlıq edərək bildirir ki, narahatedici trendin varlığını qəbul etmək AİHM tərəfindən verilən qərarların tam və effektiv icrası üçün tələb olunan addımların uğurlu olması üçün ön şərtlərdəndir. Bundan başqa Komitə Azərbaycan parlamentini qətnamənin nəticələrinin izlənməsi üçün məruzəçi ilə və Azərbaycan hökumətini Avropa Şurası Nazirlər Komitəsi ilə hərtərəfli əməkdaşlığa dəvət edir.

Komitə, xüsusilə İlqar Məmmədovun, Anar Məmmədli və Rəsul Cəfərovun işlərinə toxunaraq onların qarşıdan gələn parlament seçkilərində namizəd ola bilmələri üçün şərtlərin təmin olunmasını tələb edir.

Hesabat yanvar ayında, AŞPA-nın qış plenar iclasında müzakirə olunacaq.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az