[:az]Aqil Məhərrəmovun səhhətindən narahatlıq var[:]

tərəfindən Gozetci

[:az]Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) fəalı Aqil Məhərrəmovun səhhətində problem yarandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyanın rəhbərliyindən məlumat verilib.

Məlumata görə, A. Məhərrəmov ayağını rahat şəkildə yerə basa bilmir, diz qapağı ətrafında sınıq və ya çatların olması ehtimalı var.

AXCP-dən həmçinin vurğulayıblar ki, məsələ ilə bağlı A. Məhərrəmov bir neçə dəfə saxlandığı Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məlumat verib:

“Onun dəfələrlə müalicə müəssəsinə köçürülməsi ilə bağlı cəzaçəkmə müəssəsinin rəhbərliyinə müraciət etməsinə baxmayaraq, hələ də heç bir tədbir görülmür. Aqil Məhərrəmov habelə ailə üzvlərinə bildirib ki, yeriyərkən müvazinətini saxlaya bilməyərək bir neçə dəfə yıxılıb”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az