[:az]ADO-nun icra hakimiyyəti ilə məhkəməsi başlayır[:]

tərəfindən Gozetci

[:az]Teatr Mədəniyyət Nazirliyini də məhkəməyə verib

Noyabrın 20-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası olacaq.

Proses saat 11:30-da, hakim Tahirə Əsədovanın sədrliyi ilə açıq keçiriləcək.

İlk müstəqil teatr olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır.

Nazirlik bu məsələyə icra hakimiyyətinin, qarşı tərəf isə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini də məhkəməyə verib. Hazırda ADO-nun hər iki quruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati – İqtisadi Məhkəməsində keçirilir.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az