[:az]Seymur Həzi azadlıqda[:]

tərəfindən Gozetci

[:az]AXCP sədrinin müavini Seymur Həzi 30 günlük həbs müddəti bitdiyi gün-noyabrın 16-da azadlığa çıxıb.

S.Həziyə əvvəlcə 15 günlük inzibatı həbs cəzası verilsə də oktyabrın 29-da onun həbs müddəti daha 15 gün artırılıb. .

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov cəzanın 30 günə qaldırılması qərarını Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verib. Beləki həmin şikayətdə Seymur Həziyə Xətai Rayon Məhkəməsinin təyin etdiyi cəzanın yüngül olduğu vurğulanıb..

Məhkəmədə idarəni Xətai rayon polis idarəsinin əməkdaşı, polkovnik leytenant Rəhman Kərimov müdafiə edib.

Seymur Həzi məhkəmədə deyib ki, saxlanması və sonra da inzibati həbs müddətinin uzadılması sırf onu Milli Şuranın həmin müddət ərzində planlaşdırılan aksiyalarından kənarda qoymaq olub.

AXCP sədrinin müavini Seymur Həzi deyir ki, Əhmədlidə binanın həyətində dayandığı vaxt üç nəfər mülki geyimli onu tutub. Ardınca da Xətai rayonu, 34-cü polis bölməsində onun haqqında protokol tərtib ediblər. Orada yazılıb ki, Seymur Həzi telefonla yüksək səslə danışıb, nalayiq ifadələr deyirmiş, onu intizama dəvət edən polislərə də müqavimət göstərib. Bölmədə təxminən 4 saat saxlayandan sonra onu Xətai Rayon Məhkəməsinə aparıblar. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə 15 gün inzibati həbs qərarı çıxarılıb. Həmin qərardan verilən şikayətə isə oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az