[:az]Müsavat Partiyasına piket keçirməyə imkan verilməyib[:]

tərəfindən Gozetci

[:az]17 fəalın saxlanıldığı bildirilir

Polis Müsavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piket keçirməsinə imkan verməyib. Polis 15-dən çox partiya üzvünü saxlayıb.

Saxlanılanlar arasında Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli, Səbail rayon təşkilatının sədri Zakir İsmayılov və digər fəallar olub. Saxlanılanlar arasında jurnalist Şahin Rzayev də var. Partiya başqanı Arif Hacılı isə səhər saatlarında saxlanılıb.

Partiyanın yaydığı məlumata görə, aksiyadan öncə 17 fəal saxlanılıb. Həmçinin, bir neçə nəfər jurnalistlərə müsahibə verərkən saxlanılıb. Onlar qanunu pozmadıqlarını, Konstitusiyada təminat verilmiş toplaşmaq azadlığı hüquqlarını həyata keçirdiklərini bildiriblər.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az