[:az]Bu gün iki jurnalistin məhkəməsidir[:]

tərəfindən Gozetci

[:az]

Noyabrın 5-i saat  14:30-da Nəsimi Rayon Məhkəməsində Jurnalist Əziz Qaraşoğlunun məhkəmə prosesi keçiriləcək.

Bu barədə Əziz  Qaraşoğlu öz feysbuk hesabında məlumat yayıb.

Qaraşoğlu bildirib ki, indiyə qədər 3 dəfə məhkəmə prosesi müxtəlif səbəblərdən təxirə salınıb. Onun sözlərinə görə, barəsində çıxarılmış şərti cəza növünün dəyişdirilməsini tələb edir. “Görünür, hələ də bizim “ədalətli’ hakimlərimiz “yuxarıdan” vəhy almayıblar deyə, çaş-baş qalıblar və nə edəcəklərini bilmirlər. Bir dəfə deyirlər ki, icraçının rəyi yoxdu. Bir dəfə deyirlər ki saat dəyişib, bir dəfə deyirlər ki, prokuror gəlməyib… Azərbaycan adına ayıbdır bu hərəkətlər”.
“Kanal 13” internet televiziyasının direktoru olan Əziz Orucov 2017-ci il mayın 2-də həbs olunub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanmış, haqqında həbs qətimkan tədbiri seçilmişdi. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum etmişdi.
Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub.
Bu gün daha bir jurnalistin məhkəmə prosesi keçiriləcək. Belə ki, “Azel.TV” saytının baş redaktoru Əfqan Sadıqlıya qarşı üç məhkəmə prosesi keçiriləcək. Onun bildirdiyinə görə, Cəlilabad Rayon Məhkəməsində ona qarşı iki xüsusi ittiham qaydasında, biri isə mülki qaydada 3 işə baxılacaq.
Sadıqlı bildirib ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edən şəxslər Laçının icra başçısı Aqil Nəzərli, digəri isə Masallı rayon icra başçısı Rafil Hüseynovdur. Nnəzərlidən fərqli olaraq, Hüseynov jurnalistdən, həm də “şərəf və ləyaqətinin təhqir” olunması səbəbini əsas gətirərək, 3000 manat təzminat da tələb edir.
Məhkəmələrin hakimləri Elxan Əmirəliyev və Qalib Paşayevdirlər. Jurnalistin hüquqularını isə vəkil Elçin Sadıqov qoruyur.
Toplum TV

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az