[:az]Jurnalistlər internetin kəsilməsinə etiraz ediblər[:]

tərəfindən Gozetci

[:az]Oktyabrın 30-da bir qrup jurnalist və bloger Bakıda etiraz aksiyası keçirib. Onlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin qarşısına qədər yürüş ediblər.

Aksiya iştirakçıları qeyd ediblər ki, mitinqlər, xüsusilə də şəhər rəhbərliyi ilə razılaşdırılmayan aksiyalar zamanı internetdə kəsintilər baş verir. Jurnalistlər vurğulayıblar ki, bu onların da fəaliyyətinə maneələr yaradır.

Aksiya iştirakçıları belə halların qarşısının alınmasını tələb ediblər.

Onlar nazirliyin binası qarşısında bəyanatlarını oxumağa başlayıblar, amma polis buna imkan verməyib.

Bununla belə aksiyanın qətnaməsi nazirliyə təqdim edilib.

Aksiyada saxlanan olmayıb.

Jurnalstlərin etirazına, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az