[:az]Oktyabrın 22-də günorta saatlarında saxlandığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədovun sərbəst buraxıldığı deyilir.
Tofiq Məmmədovun özü də bu barədə AzadlıqRadiosuna danışıb.
Gənc fəalın verdiyi məlumata görə, onun yenidən saxlanma səbəbi partiyadan uzaqlaşdırma cəhdi olub:
“Yasamal Rayonun 29-cu Polis Bölməsində mənə dedilər ki, partiyadan çıx. Etiraz etdim. Onda mənə qarşı protokol tərtib etdilər… Məsələ ictimailəşəndən sonra isə fikirlərindən döndülər”.
Tofiq Məmmədovun dediklərinə, hələlik, həmin bölmədən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq ölkədi müxalif şəxslərə dinc siyasi fəaliyyətlərinə görə, basqı edilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
Azadlıq Radiosu[:]