[:az]Beyləqanın Mil futbol klubu aksiya keçirməyə cəhd edib[:]

tərəfindən Gozetci

[:az]

16-oktyabr  tarixində Beyləqanın Mil futbol komandasının üzvləri aksiya keçirməyə cəhd ediblər. Gözətçinin məlumatına görə futbolçuların aksiya keçirməsinin səbəbi onların çempionata hazırlıq üçün Beyləqan şəhər stadionunda təlim-məşq toplanışlarını edə bilməmələridir.

Belə ki, Beyləqan şəhər stadionunda bu ilin mart ayında Olimpiya kompleksi tikilərək istifadəyə verilib. Həmin tarixdən etibarən stadion futbolçuların üzünə qapadılıb. Onlara bildirilib ki, olimpiya kompleksində məşq etmək və ya futbol oynamaq üçün kompleksə pul ödəməlidirlər.  Bu səbəbdən aksiya keçirməyə cəhd edən futbolçulara Beyləqan şəhər İcra Hakimiyyətinin işçiləri mane olaraq aksiyalarının qarşısını alıb.

 [:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az