[:az]BŞBPİ saxlanılan AXCP-çilərlə bağlı məlumat yayıb[:]

tərəfindən Gozetci

[:az]Bakı Şəhər Baş Polis İdarəsi AXCP üzvləri – Elxan Əliyev və Zamin Salayevin piket iştirakçısı kimi saxlanması ilə bağlı yayılan məlumatları təkzib edir.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Əliyev və Salayev piketdən əvvəl saxlanıb: «Oktyabrın 8-i saat 01:50 radələrində Nərimanov rayonunda taksi yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi tərəfindən saxlanıb. Yoxlama zamanı həmin avtomaşında sərnişin olan – əvvəllər Cinayət Məcəlləsinin (CM) 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunan Zamin Salayev və əvvəllər CM-nin 178.2.4-cü (dələduzluq) maddəsi ilə məhkum olunan Elxan Əliyev polisin fəaliyyətinə müdaxilə ediblər. Polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq mübahisəli vəziyyət yaratdıqlarına görə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə gətiriliblər».

Məlumatda əlavə olunub ki, barələrində İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib: «Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə Elxan Əliyev və Zamin Salayevə 15 sutka inzibati həbs verilib. Onların siyasi mənsubiyyətinə, yaxud razılaşdırılan piketdə iştiraklarına görə polis tərəfindən saxlanılması ilə bağlı irəli sürülən iddialar əsassızdır».

Saxlananlardan 2 nəfərə 15 sutka verilib

Milli Şuranın dünən, oktyabrın 8-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında sərbəst toplaşma azadlığı tələbi ilə keçirilən piketi ilə bağlı saxlandığı deyilən iki nəfərə 15 sutka inzibati həbs cəzasının verildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP-dən deyiblər: «Bunlar AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayevdir. Onlar Nərimanov Rayon Məhkəməsinə aparılıblar və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıblar».

Partiyadan qeyd ediblər ki, amma başqa saxlanan şəxslərin sonrakı aqibətindən, hələlik, məlumat yoxdur

AXCP-dən verilən bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

BŞBP piketlə bağlı açıqlama yayıb

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi piketlə bağlı məlumat yayıb.

İdarədən yayılan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib:

“Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılıb. Tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olunması barədə xəbərdar edilib”.

BŞBPİ-dən bildirildiyinə görə, onlar “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşıblar:

“Piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar edib, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstəriblər. Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olub, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranıb, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilib”.

5 nəfərin işi məhkəməyə göndəriləcək

BŞBPİ qeyd edir ki, ictimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınıb:

“Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilib, 4 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək. Sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcək.”

Akisyanın təşkilatçıları isə bildirirlər ki, onların kənar şəxslərə çağrışlar etməsi ilə bağlı iddialar əsassızdır.

Milli Şura rəhbərliyinin sözlərinə görə, əksinə piketə qarşı müxtəlif təxribat hallarına yol verilib. Təşkilatçıların vurğulamasına görə, aksiyanı kənardan dinc şəkildə izləmək istəyən bir çox insanlara qarşı da zorakılığa yol verilib.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az