[:az]Müsavat başqanlığına namizədlərin görüşlərinə qanunsuz əngəllər yaradılır[:]

tərəfindən Gozetci

[:az]Oktyabrın 3-də Xaçmaz rayonunda Müsavat Partiyasının başqanı Arif Hacılı ilə görüşdə iştirak etmiş qurultay nümayəndəsi İlyas Yasinov və Söhrab Əmrahov rayon polis idarəsinə çağıralaraq təzyiqlə üzləşiblər. Bu haqda “Basta”ya partiyanın Xaçmaz təşkilatından məlumat verilib.

Daha sonra təşkilatın sədri Ramazan Əliyev polis idarəsinə çağrılaraq sorğu-suala tutulub.

Müsavat başqanlığına namizədlər – Yadigar Sadıqlı  Tofiq Yaqublunun görüşlərinə, həmçinin hərəkət marşrutlarına maneə yaradılır.

Bu barədə isə Arqument.Az-a Yadigar Sadıqlı məlumat verib.

Yadigar Sadıqlı bildirib ki, Oğuz və Qəbələ rayonlarında təqib ediliblər, onlara hətta yolüstü kafe və restoranlarda çay içməyə də imkan verməyiblər: “Oğuzun Padar kəndi ərazisində təqib edildiyimizi gördük. Yolüstü çay içmək üçün kafelərin ikisində saxladıq. Yaxınlaşıb çay içmək istədiyimizi dedik. Oturduq. Sonra gördük ki, yaxınlıqda bir polis maşını da dayanıb. Yaxınlaşıb bizim maşının nömrəsinə baxdılar. Sonra da restoran işçiləri gəlib dedilər ki, təcili obyekti bağlamalıyıq, işimiz çıxdı. Sonra anoloji halla Qəbələ rayonunda da üzləşdik”.

Yadigar Sadıqlının sözlərinə görə, hərəkət etdikləri avtomobilinin nömrəsini bütün yoüstü kafe və restoranlara veriblər ki, istirahət etmələrinə imkan verilməsin: “Hazırda maşını kənarda saxlayıb bir kafeyə gəldik. Məlum oldu ki, onlara da girişimizə icazə verməmələri tapşırılıb”.

Müsavat Partiyasının mətbuat xidməti polisin və icra strukturlarının bu müdaxiləsini pisləyən açıqlama yayıb.

“Müsavat Partiyasının demokratik prinsiplər əsasında qurultay təşkil etməsi hakimiyyəti narahat edib. Xüsusən rayonlarda insanların bir yerə toplaşmasından, siyasi müzakirələr aparmasından narahat olan repressiv rejim Müsavat Partiyasının başqanlığına namizədlərinin qurultay nümayəndələri ilə görüşlərinə əngəllər yaradır. Bu əngəlləri pisləyirik və son qoyulmasını tələb edirik” – deyə, açıqlamada bildirilir.

Basta[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az