[:az]Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın aksiyasına razılıq verdi[:]

tərəfindən Gozetci

[:az]Piket icra hakimiyyəti ilə İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutmalıdır

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın 8 oktyabr tarixində piket keçirmək barədə müraciətinə cavab verib.

Cavab məktubunda “Sərbəst toplaşmaq haqqında” qanuna istinad edilərək bildirilib ki, BŞİH oktyabrın 8-də saat 15-dən 16-dək icra hakimiyyətinin binası ilə Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piketin keçirilməsinə etiraz etmir.

“Toplantı təkilatçılarının nəzərinə çatdırılır ki, ““Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və dini ədavəti təbliğ edən, təhqiredici, həmçinin məktubda qeyd olunan şüarlardan əlavə digər şüarların səsləndirilməsinə və müracətlərdə göstərilən sayda insanın iştirakına ciddi nəzarət etsinlər”-deyə, məktubda bildirilir.

Milli Şura sentyabrın 28-də paytaxtın bir neçə yerində mitinq keçirmək üçün BŞİH-ə müraciət etmişdi. İcra hakimiyyəti Milli Şuraya Lökbatan qəsəbəsində aksiya keçirmək üçün icazə versə də, təşkilat razılaşmayaraq piket barədə qərar qəbul etmişdi.

BŞİH-nin cavab məktubu

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az