[:az]İkram Rəhimov cəzaçəkmə müəssisəsinə köçürülüb[:]

tərəfindən Gozetci

[:az] Realliq.info saytının həbsdə olan redaktoru İkram Rəhimov bu gün Bakı İstintaq Təcridxanasından 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Saxlanılma yerinin dəyişdirilməsi Rəhimov barəsində hökmün qüvvəyə minməsi ilə bağlıdır.

Rəhimovun yaxınlarının Turan-a verdiyi məlumata görə, onlar sentyabrın 18-də aclığı bərpa etdikdən sonra jurnalistin vəziyyəti haqqında məlumata malik deyillər.

“Dünənə qədər İkram aclığı davam etdirirdi. Biz onun vəziyyətindən narahatıq”, deyə Rəhimovun ailə üzvü bildirib.

* Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb. İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Etiraz əlaməti olaraq Rəhimov avqustda aclığa başlayıb, bu aksiyanı 30-cu gündə – sentyabrın 5-də dayandırıb.

Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovun hədələmə yolu ilə pul tələb etmək təqsirini təsdiq edib, CM-in 62-ci (qanunla nəzərdə tutulmuş ən az cəzanın tətbiqi) maddəsini tətbiq edərək, həbs cəzasını 5,5 ildən 3 ilə qədər azaldıb.

Turan[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az