[:az]MeydanTV-nin şikayətinə baxılacaq[:]

tərəfindən Gozetci

[:az]Azərbaycan Ali Məhkəməsi MeydanTV-nin ölkə ərazisində bloklanmasını aradan qaldırmaq üçün müdafiə tərəfinın kassasiya şikayətini baxışa qəbul edib. Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib. «Biz şikayəti yay aylarında vermişdik. Sentyabrın 10-da Ali Məhkəmə qərar qəbul edib ki, şikayətə baxılsın və bunun üçün sənədlər Bakı Apellyasiya Məhkəməsinə göndərilib», – E.Sadıqov bildirib.

Amma E.Sadiqov qeyd edib ki, bununla Meydan TV-nin bloklanmasının aradan qaldırılması yox, həmin bloklanmadan verilən şikayətə baxılması təmin edilib. «Nəticə necə olacaq, bunu isə məhkəmədən sonra biləcəyik», – vəkil bildirib.

Səbail rayon Məhkəməsi 2017-ci il mayın 12-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin MeydanTV-nin yayımının məhdudlaşdırılması barədə müraciətini təmin etmişdi.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az