[:az]Müsavatçı Gülağa Aslanlıya şiddət göstərildiyi bildirilir[:]

tərəfindən Gozetci

[:az]Lənkəran Rayon Polis İdarəsinin rəis müavini Faiq İlyasov Müsavat başqanının müavini Gülağa Aslanlıya qarşı şiddət göstərək kobudluq edib. Bu barədə “Arqument.az” saytının redaktoru Şəmşad Ağa özünün Facebook hesabında məlumat paylaşıb. Redaktorun sözlərinə görə Polis İdarəsinin rəis müavini Faiq İlyasov tərəfindən onun hadisəni çəkməsinə mane yaradılıb:

“O, mənə kobud davrandı, peşə fəaliyyətimə müdaxilə etdi. Bununla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa rəsmi müraciət edəcək, həmçinin Faiq İlyasovu peşə fəaliyyətimə mane olduğuna görə məhkəməyə verəcəyəm”.

Xatırladaq ki, Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının evi polislər tərəfindən mühasirəyə alınıb. Y.Sadıqlının sözlərinə görə  Müsavat Partiyasının Lənkəran təşkilatının ümumi yığıncağının keçirilməsi planlaşdırılırdı. Mayor rütbəli birisi deyib ki, icazə almaq lazımdı.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az