[:az]Əfqan Muxtarlının həbsxanada aclığa başladığı bildirilir[:]

tərəfindən Gozetci

[:az]

16 saylı cəzaçəkmə müəssisəsində saxlanan jurnalist Əfqan Muxtarlının sentyabrın 22-dən aclıq aksiyasına başladığını bildirilir.
Bu barədə məlumatı AzadliqRadiosuna NİDA Vətəndaş Hərəkatının koordinatoru Samir Əsədli verib.
Samir Əsədli Əfqan Muxtarlının aclıq aksiyasına başlamasının səbəbini vəkili Nemət Kərimliyə qanunsuz münasibətlə izah etdiyini deyib:

“Bununla bağlı Əfqan Muxtarlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, sentyabrın 20-də vəkili Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayır. O, həmçinin, qeyd edib ki, rəis müavini Emin Əliyev siyasi məhbuslara qarşı qanusuzlugu ilə seçilib, bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olmuş müavini Məmməd İbrahimə qarşı zorakılıq edib. Bəyanatda vurğulanıb ki, onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. Jurnalist habelə tələb edir ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Onun fikrincə, vəkilə qarşı olanlar onun hüquqlarını pozmağa yönəlib. Əfqan Muxtarlı qeyd edib ki, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib…”.

Bu açıqlamaya və orada səslənən fikirlərə hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az