[:az]Penitensiar Xidmət: ‘İ.Rəhimov aclığı dayandırıb'[:]

tərəfindən Gozetci

[:az]Penitensiar Xidmət reallıq.info saytının həbsdə olan redaktoru İkram Rəhimovun aclıq aksiyasını dayandırdığını açıqlayıb.

Bu barədə bugün, sentyabrın 5-də qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. Amma M.Sadıqov məsələ ilə bağlı geniş açıqlama verməyib.

Bu deyilənlərlə bağlı İ.Rəhimovun ailəsi isə məlumatsız olduqlarını söyləyib.

Avqustun 7-dən aclıq aksiyasına başladığını açıqlayan İ.Rəhimovun ailəsi dünən, sentyabrın 4-də onun səhhətinin kəskin pisləşdiyini bəyan etmişdi.

Xatırladaq ki, İkram Rəhimovu ötən il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb. İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmlə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. İ.Rəhimov özünü təqsirli bilmir. O, tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini bildirmişdi. Onda bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmamışdı. Ancaq İ.Rəhimovun tənqid etdiyi qurumlardan biri – Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar. Qurumdan bildiriblər ki, onlar da İ.Rəhimovun fəaliyyəti ilə bağlı oxşar məzmunlu şikayətlər alıblar.

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az