[:az] AXCP fəalı polisə aparıldığını deyir[:]

tərəfindən Gozetci

[:az]Bu gün, avqustun 17-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Rayon Şöbəsinin üzvü Rəşad Dadaşov polisə aparıldığını bildirir.

Bu barədə AzadlıqRadiosuna danışan R. Dadaşov bildirib ki, evdən onu 3 polis əməkdaşı aparıb və bir saat yarıma Hacqabul Rayon Polis Şöbəsində saxlanıb.

Fəalın sözlərinə görə, ona partiyanın rayon şöbəsinin yaxın günlərdə keçirilməsi gözlənən iclası ilə bağlı xəbərdarlıq edilib: “Üstüörtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq”.

Onun bu açıqlamasına, hələlik, Hacqabul Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda onların 60 civarında fəalları inzibati qaydada cəzalanıb. Partiyadan vurğulandığına görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib.AXCP onların siyasi mövqelərinə görə, şərləndiyini açıqlayıb.

Amma, bu açıqlanan rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə, təzyiqlərlə üzləşmir.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az