[:az]Elina Hacıyevanın işində yenilik var[:]

tərəfindən Gozetci

[:az]Bakıdakı 162 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm işində təqsirləndirilən şəxs kimi tanınan həmin məktəbin keçmiş direktoru Sevinc Abbasovanın yenidən həbsi istənilir.

Bu gün, avqustun 7-də Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsinə dair şikayətin verilməsi ilə bağlı müddətin bərpası üçün müraciətə baxılıb.

Bu ilin iyulunda zərərçəkmiş tərəf S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs ilə əvəzlənməsi ilə bağlı apellyasiya məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə şikayətin vaxtının ötməsini səbəb kimi göstərərək onu təmin etməmişdi.

Bu gün, avqustun 7-də keçirilən prosesdə məhkəmə zərərçəkənin nümayəndələrinin müddətin bərpası ilə bağlı müraciətlərini təmin edib və işi yenə Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Şikayətə avqustun 8-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçiriləcək prosesdə baxılmalıdır.

Hələlik, prosesdə baş verən bu dönüşə S.Abbasova və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az