[:az]Müsavatçı gəncə psixoloji təzyiq edildiyi bildirilir[:]

tərəfindən Gozetci

[:az]Vəkili Elman Quliyevlə görüşüb

Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyevə təcridxanada təzyiq göstərildiyi bildirilir. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 31-də vəkil Osman Kazımov İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində sədri Elman Quliyevlə görüşüb.

Görüşdə Elman Quliyev ona təcridxanada psixoloji təzyiq edildiyini bildirib.

“Elman Quliyevin həbsi tamamilə qanunsuzdur və apelyasiya şikayəti vermişik. Bu gün özü ilə təcridxanada görüşdüm. Mübarizə əhvalı yüksəkdir və dostlara salamı var” – deyə, Osman Kazımov bildirib.

İyulun 29-da müsavatçı siyasi məhbus Azad Həsənovun məhkəmə iclasından sonra bir qrup fəal Mərkəzi Parkda “Azad Həsənova azadlıq!”, “Siyasi məhbuslara azadlıq!” şüarları qaldırararq etiraz aksiyası keçirib. Fəallar həmçinin “Azadlıq!”. “İstefa!”, “Siyasi məhbuslara azadlıq!”, “Azad Həsənova azadlıq!” şüarları səsləndirərək parkboyu bir neçə yüz metr irəliləyib. Bu zaman polis müdaxilə edib, şüarları cırıb, bir neçə fəal saxlanılıb. Daha sonra tutulanlar sərbəst buraxılsa da, Elman Quliyev “qanunsuz piket təşkil etdiyinə görə” Nəsimi Məhkəməsinin qərarı ilə 30 sutka azadlıqdan məhrum edilib.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az